Ulduz futbolçu hərbi xidmətdə

"Tottenhem"in futbolçusu Hın Min Sonunun əsgərlik dönəmi başlayıb.

Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, ölkəsi Cənubi Koreyada 14 gündük karantin müddətini tamamladıqdan sonra Çedjudo adasındakı hərbi hissəyə yollanıb.

Qeyd edək ki, Hın Min Son 2018-ci ildə milli komanda ilə birgə Asiya Oyunlarında qızıl medal qazandığı üçün orduda 21 aylıq xidmət müddəti 3 həftə ilə əvəzlənib. Onun mayın ortası Londona qayıdacağı gözlənilir.