Ulduz futbolçu koronavirusdan qurtuldu

Koronavirusa yoluxan “Çelsi”nin vingeri Kallum Hadson-Odoi sağalıb.

Sportline.az xəbər verir ki, komandanın baş məşqçisi Frenk Lempard 19 yaşlı futbolçunun yaxşı durumda olduğunu deyib:

"Kallum irəliləyişdədir və normal vəziyyətdə geri qayıtdı. Bu, hamımızın eşitmək istədiyi xəbərdir. Hamının bu xəstəlikdən qurtulacağına inanıram. İdman dünyasını məsuliyyətli olmağa çağırıram".