Ulduz futbolçudan keçmiş klubuna 3 milyon avroluq təklif

Belçikanın “Standart” klubu maliyyə çətinliyi yaşayır.

Sportline.az Belçika mətbuatına istinadən xəbər verir ki, klub maliyyə zəmanətini təqdim etmədiyindən hələ ki, növbəti mövsüm üçün lisenziya ala bilməyib.

“Standart”ın keçmiş futbolçusu Maruan Fellaini isə sabiq klubuna yardım etməyi qərara alıb. O, yetirməsi olduğu kluba 3 milyon borc verməyə hazır olduğunu bildirib.

“Standart”ın lisenziya almaq üçün mayın 5-nə qədər vaxtı var.

Qeyd edək ki, Belçika millisinin sabiq üzvü hazırda Çinin “Şandun Lunen” klubunda çıxış edir.