Ulduz futbolçudan koronavirusla bağlı maraqlı paylaşım

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Aksel Vitsel və Belçika Futbol Federasiyası İnstaqramda məzəli paylaşım edib.

Sportline.az xəbər verir ki, belçikalı oyunçu koronavirusla bağlı elan olunan karantinin insanlara necə təsvir edəcəyini zarafatla ifadə edib. Futbolçunun paylaşdığı şəkildə komandanın bütün oyunçlarının saçının uzandığı və Vitselə bənzədiyi görünür.

O, şəklə “Təcrid vəziyyətində komanda saçını qırxdıra bilməyəndə” sözlərini yazıb.

Bundan bir neçə saat sonra isə Belçika Futbol Federasiyasının saytı da bənzər şəkil paylaşıb. Bu şəkildə isə millinin oyunçuları yer alıb.

Vitselin paylaşımı



Belçika Futbol Federasiyasının paylaşımı