Valbuena müqavilə yenilədi

Yunanıstanın "Olimpiakos" klubu yarımmüdafiəçisi Matye Valbuena ilə yeni müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, Afina təmsilçisi fransız yarımmüdafiəçi ilə 2021-ci ilin yayına kimi saziş bağlayıb.

35 yaşlı futbolçu ötən yay "Fənərbağça"dan "Olimpiakos"a keçmişdi. Valbuena bu mövsüm 35 oyunda 8 qol vurub, 21 assist edib.