Vəli Qasımov: Mən olsaydım, komanda belə uduzmazdı

“Neftçi” – “Qəbələ” oyununa baxdım. Çəkinmədən deyə bilərəm ki, mənimlə komanda belə uduzmazdı”. Həmin gün “Neftçi”nin mübarizə aparmadığını deyən baş məşqçi klubda dəyişikliyin labüdlüyünü vurğulayıb. İşdən çıxarılması haqda gəzən xəbərlərə münasibət bildirən Vəli Qasımov, bundan xəbərsiz olduğunu və “Özümü yaxşı hiss edirəm. Sırağagün xəstəxanadan çıxmışam. İndi işə getməyə hazırlaşıram” deyib. Xatırladaq ki, 0-8 hesablı məğlubiyyətdən sonra “Neftçi” klubunun icraçı direktoru Elnur Məmmədov, icraçı direktorun müavini Mübariz Xudiyev və baş məşqçisi Vəli Qasımovun işindən uzaqlaşdırılması ilə bağlı şaiyələr yayılıb.

Banner