Vinisius: “Sonsuza qədər “Real Madrid”də qalmaq istəyirəm”

“Real Madrid”in ulduz futbolçusu Vinisius Junior “Dortmund”la matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Sportline.az xəbər verir ki, Vinisius “Real”ın futbolçusu olduğu üçün qürur duyduğunu söyləyib.

“Real Madrid”i sevirəm. O mənim hərşeyimdir. Bu kluba sonsuz bağlıyam. Sonsuza qədər “Real Madrid”də qalmaq istəyirəm. Paltardəyişmə otağında baş məşqçimiz Ançelotti dedi ki, bir qol vursaq, geridönüş edəcəyik. Dediyi kimidə bu baş verdi. Burada olduğum üçün xoşbəxtəm. Çempionlar Liqası bizim turnirimizdir. Yenidən qazanmaq istəyirik”, - deyə Vinisius bildirib.

Qeyd edək ki, Vinisius bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 14 matçda 8 qol və 5 asistlə yadda qalıb.