Vinisiusu Pele ilə müqayisə etdilər

"Real"ın sabiq ulduzu Emilio Butragenyo Vinisius Junior haqqında fikrini bölüşüb.

Sportline.z xəbər verir ki, əfsanəvi futbolçu "Mundo Deportivo"ya açıqlamasında onu Pele ilə müqayisə edib.

Butragenyo Juniorun vurduğu üçüncü qolun ona Peleni xatırlatdığını bildirib: "Vinisius cərimə meydançasına daxil olmaqla, endirdiyi zərbə ilə Peleyə oxşadı. Bu cür qollar futbolun bəzəyidir. Azarkeşlər stadionlara məhz bunun üçün gəlirlər".

Qeyd edək ki, Vinisius Junior "Borussiya" üzərindəki 5-2 hesablı qələbədə əsas pay sahibidir.

Braziliyalı forvard ikinci hissədə rəqib qapısından 3 top keçirib.