Voleybol üzrə Avropa çempionatında bu gün

Bakıda qadın voleybolçular arasında təşkil olunan Avropa çempionatının C qrupunda bu gün növbəti oyunlar olacaq.

Sportline.az xəbər verir ki, əvvəlcə Belçika və İspaniya komandaları üz-üzə gələcək.

Bu qarşılaşma saat 15:30-da başlanacaq.

Ardınca Rumıniya və Niderland komandaları qarşılaşacaqlar. Bu görüşün start fiti saat 18:30-da səsləndiriləcək.

Qeyd edək ki, C qrupunun oyunları avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq.

Azərbaycan millisi ilk oyunda Portuqaliya seçməsini 3:1 hesabı ilə məğlub edib.