VTB basketbol Liqasında CSKA-nın finaldakı rəqibi müəyyənləşir
Bu gün Rusiya Basketbol Liqasında finalın adına aydınlıq gələcək.
Sportline.az xəbər verir ki, "Yuniks" Kazan seriyanın 7-ci oyununda "Lokomotiv" Kubanı qəbul edəcək.
Keçirilən 6 oyundan sonra seriyada hesab bərabərdir.3-3.
Finala yüksələn ilk komanda 6 oyunun nəticəsinə görə "Zenit"i 4-2 hesabı ilə məğlub edən CSKA Moskva olub.
Qeyd edək ki, Kazanda keçiriləcək matç bu gün saat 20:00-da başlanacaq.Turnirin son qalibi "Yuniks" Kazan klubudur.