"Vulverhempton" Renatla bağlı qərar verdi

İngiltərənin “Vulverhempton” klubu, millimizin üzvü Renat Dadaşovu, mövsümün sonunda icarəyə göndərəcək.

Sportline.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Raul Ximenes, Dioqu Jota, Pedru Netu kimi futbolçularla rəqabət aparmaq səviyyəsinə çatmaq üçün belə qərar qəbul edib.

Qeyd edək ki, Azərbaycan millisinin 20 yaşlı hücumçusu mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın “Pasuş de Fereyra” klubunda keçirib. O, qış fasiləsindən sonra, “Vulverhempton”un U-23 komandasında çıxış edir.