Vüsal Qurbanov: "Məqsəd gəncləri avarçəkməyə cəlb etməkdir"
Xəbər verdiyimiz kimi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə “Gənclər Kuboku” turniri təşkil olunacaq.
Sportline.az saytına açıqlama verən federasiyanın mətbuat katibi Vüsal Qurbanov yarışın əhəmiyyətindən danışıb:
"Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası artıq ikinci ildir ki, “Gənclər Kuboku” turnirini təşkil edir. Yarışın təşkilində məqsəd yeniyetmə və gənclər arasında bu idman növünü daha da populyarlaşdırmaq, onları avarçəkməyə cəlb etməkdir. Eyni zamanda yarışın təşkili idmançıların hazırlıq səviyyəsini yoxlamaq baxımından da önəmlidir. 4-7 may tarixlərində AKAF Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Prezident Kuboku-2023” beynəlxalq reqatası təşkil edəcək. “Gənclər Kuboku”nda fərqlənən idmançılar “Prezident Kuboku” reqatasında iştirak etmək hüququ qazanacaq".