Xedira bu paylaşımı ilə güldürdü

“Yuventus”un yarımmüdafiəçisi Sami Xedira 33 yaşının tamam olması münasibəti ilə sosial şəbəkədə şəkil paylaşıb.

Sportline.az xəbər verir ki, almaniyalı futbolçu koronavirusla bağlı elan olunan karantin səbəbindən doğum gününü dostları ilə birgə qeyd edə bilməyib.

Bu səbəbdən o, zarafatla paylaşdığı şəkildə özünü 7 fərqli obrazda göstərib.