Xəstəxanada olan Rüştü Reçberdən şad xəbər

Türkiyə millisinin sabiq üzvü Rüştü Reçberin son koronavirus testi neqativ çıxıb.

Sportline.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Işıl Reçber özünün "İnsaqram" hesabında yazıb. O, veteran qolkiperin tam sağaldığını bildirib.

Qeyd edək ki, R. Reçber ötən ayın sonu koronavirusa yoluxmuşdu.