AVRO-2024: Xorvatiya - Albaniya oyununun ən yaxşısı açıqlandı

Avropa çempionatının qrup mərhələsində ikinci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, tura Xorvatiya - Albaniya matçı ilə start verilib.

Maraqlı mübarizə şəraitində keçən oyun 2-2 hesabı ilə nəticələnib.

Bu qarşılaşmanın ən yaxşı futbolçusu da artıq məlumdur.

Bu ada Xorvatiya millisinin hücumçusu Andrey Kramariç layiq görülüb. 

Qeyd edək ki, o, 74-cü dəqiqədə hesabı bərabərləşdirmişdi.