Xorvatiyalı oyunçu "Nyukasl"a gedir
"İnter"in xorvatiyalı futbolçusu Petar Suçiç karyerasını "Nyukasl"da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ekrem Konur məlumat yayıb.
22 yaşlı oyunçu dəyəri 45 milyon avrodur.
Qeyd edək ki, P.Suçiçin "İnter"lə sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.