"Yarasalar"da koronavirus aşkarlandı

Ezekiel Qaraydan sonra “Valensiya”da daha dörd nəfərin koronavirus epidemiyasina yoluxduğu məlum olub.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniya klubu həmin 4 nəfərin futbolçu və ya texniki heyətdən olmasını açıqlamayıb.

Xatırladaq ki, Qaray şəxsi İsntagram səhifəsində koronavirus üçün verdiyi testin nəticəsinin müsbət çıxdığını və karantinə alındığını qeyd edib.