Yeniyetmə (U-17) güləşçilər arasında beynəlxalq "Təhsil" turniri start götürüb
Bu gün yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında beynəlxalq “Təhsil” turniri start götürüb.
Sportline.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Azərbaycan Güləş Federasiyası ilə birgə təşkil etdiyi yarışınilk günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.
Bakı İdman Sarayında keçirilən yarışın təntənəli açılış mərasimi izləyicilərin marağına səbəb olub. Rəqs kompozisiyasında elmin, təhsilin güləşlə vəhdəti əksini tapıb. Rəqqasların Azərbaycan tarixini simvolizə edən nümayişindən sonra medallar uğrunda qarşılaşmalara start verilib.
İlk yarış günündə Elgün Məmmədov (45 kq), Sədrəddin Həsənov (51 kq), Camal Abbasov (60 kq), Nurdaulet Seilbekov (71 kq) və Novruz Əhmədxanov (92 kq) çempion olub.
45 kq
Final: Məhərrəm Rzayev (Azərbaycan) – Elgün Məmmədov (Azərbaycan) 2:3
Bürünc medal görüşü: Allahverən İsmayılov (Azərbaycan) – Rinat Aydınlı (Azərbaycan) 6:12
Bürünc medal görüşü: Anar Mirzəyev (Azərbaycan) – Amangəldi Yerali (Qazaxıstan) 10:0
51 kq
Final: Sədrəddin Həsənov (Azərbaycan) – Seyhun Əlizadə (Azərbaycan) 11:2
Bürünc medal görüşü: Mirfəda Qafarlı (Azərbaycan) – Hüseyn Qasımov (Azərbaycan) 10:0
Bürünc medal görüşü: Çino Qaspard (Fransa) – Ülvi Heydərli (Azərbaycan) 2:6
60 kq
Final: Abdullah Nakayev (Fransa) – Camal Abbasov (Azərbaycan) 4:8
Bürünc medal görüşü: Yamlihay İmaməli (Azərbaycan) – Nurlan Ağazadə (Azərbaycan) 5:7
Bürünc medal görüşü: Ramal Əmirli (Azərbaycan) – Yerali Jenissoy (Qazaxıstan) 0:10
71 kq
Final: Muradxan Ömərov (Azərbaycan) – Nurdaulet Seilbekov (Qazaxıstan) 2:6
Bürünc medal görüşü: Maratuli Yerbol (Qazaxıstan) – Məhəmməd Abbaszadə (Azərbaycan) 2:7
Bürünc medal görüşü: İsmayıl Əsədli (Azərbaycan) – Ülfət Məmmədov (Azərbaycan) 11:0
92 kq
Final: Fərhad Süleymanlı (Azərbaycan) – Novruz Əhmədxanov (Qazaxıstan) 0:2
Qeyd edək ki, Dünya Güləş Birliyinin (UWW) təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Tacikistan, Fransa, Böyük Britaniya və İsraildən ümumilikdə 200-dən artıq idmançı iştirak edir.