Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır
Xorvatiyada keçirilən "Zaqreb Open" reytinq turniri davam edir.
Sportline.az xəbər verir ki, bu gün Azərbaycanın daha 5 güləşçisi mübarizəyə başlayacaq.
Yunan-Roma güləşçilərindən 77 kq çəkidə Sənan Süleymanov təsnifatda iranlı Amin Yavar Kaviyaninejadla üz-üzə gələcək.
87 kq-dakı idmançılardan İslam Abbasov 1/16 finalda Damian Von Euvla (İsveçrə), Məhəmməd Əhmədiyev təsnifatda Matey Mandiçlə (Xorvatiya) güləşəcək.
Qadınların yarışında Alyona Kolesnik (59 kq) ilk görüşünü Anastasiya Niçitaya (Moldova) qarşı keçirəcək. Elis Manolova (62 kq) isə Kiyoko Miraklla (ABŞ) üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) bürünc əldə ediblər.