Yunan-Roma güləşçimiz İslamiadanın qalibi oldu

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında daha bir medal qazanıb.

Sportline.az xəbər verir ki, yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) finalda qırğızıstanlı Amantur İsmayılovu 3:1 hesabıyla məğlub edərək İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Qeyd edək ki, Həsrət Cəfərov bundan əvvəl iranlı Məhəmməd Cavad Rezayi (10:3) və türkmənistanlı Beqmurat Nobatovu (9:1) üstələmişdi.