"Yuventus" Buffondan əl çəkmir

“Yuventus” qapıçısı Canluisi Buffona yeni müqavilə təklif etməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, bu barədə "Corriere della Sera" nəşri məlumat yayıb. Onunla 2019/20 mövsümünün sonu başa çatacaq müqavilənin müddətinin daha bir il uzadıla biləcəyi bildirilib.

Məlumata görə, Turin təmsilçisi 36 yaşlı müdafiəçisi Corcio Kyellininin də saxlamaq fikrindədir.