"Yuventus" italiyalı yarımmüdafiəçi ilə maraqlanır
"Yuventus" "Nyukasl Yunayted"in italiyalı futbolçusu Sandro Tonalini heyətinə qatmaq istəyir.
Sportline.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin klubu oyunçunun meneceri ilə təmas halındadır.
Tonalinin transfer qiyməti 50 milyon avro olaraq təyin olunub. O, cari mövsüm çıxış etdiyi 42 matçda 5 qol 3 asistlə yadda qalıb.
Qeyd edək ki, 25 yaşlı futbolçu 2023-cü ilin yayında "Milan"dan "Nyukasl Yunayted"ə 58.9 milyon avro qarşılığında transfer olmuşdu.