"Yuventus" PSJ-yə 60 milyon avro ödəməyə hazırdır
Ötən mövsümü "Yuventus"da icarə əsasında keçirən Randal Kolu Muani Turin klubuna birdəfəlik transfer ola bilər.
Sportline.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, İtaliya klubu bu keçid üçün PSJ-yə 60 milyon avro ödəməyə hazırdır.
26 yaşlı forvard "Yuventus"a transfer olmaq istədiyini Paris klubunun rəhbərliyinə bildirib.
Qeyd edək ki, Kolo Muani ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 36 matçda 12 qol 4 asist müəllifi olub.