"Yuventus"da ayrılıq yaşana bilər

"Yuventus"un brazilyalı futbolçusu Duqlas Luiz bu yay klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Qreymi Beyli məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçinin Turin klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Duqlas Luizin transfer qiyməti 30 milyon avrodur.