"Yuventus"un ulduzlarından nümunəvi addım

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo koronavirusun yayılması səbəbindən maaşının azaldılmasına razılıq verib.

Sportline.az xəbər verir ki, bu haqda “Tuttosport” nəşri məlumat yayıb. Portuqaliyalı oyunçu illik maaşından imtina etməyə hazır olduğunu deyib. Bu, 4 milyon avrodan bir qədər azdır. Bundan başqa, “Yuventus”dan Canluici Buffon, Corco Kyellini və Leonardo Bonuççi isə 1,5 aylıq maaşından imtina ediblər.

Qeyd edək ki, İtaliyada A seriyasının dayanması səbəbindən ən çox maliyyə itkisinə məruz qalan klub “Yuventus”dur.