"Yuventus"un ulduzu zədəsini sağaltdı

“Yuventus”un uzun müddətdir zədədən əziyyət çəkən futbolçusu Corcio Kyellini sağalıb.

Sportline.az “Corriere dello Sport"a istinadən xəbər verir ki, 35 yaşlı müdafiçi A Seriyası bərpa olunduqdan sonra meydana çıxa biləcək.

Qeyd edək ki, Kyellini ötən ilin avqustunda diz bağlarından əməliyyat olunmuşdu. O, zədə səbəbindən bu mövsüm cəmi 3 oyunda meydan çıxıb.