Zinçenko: "Azarkeşlərin gözünə baxmağa utanıram"

Ukrayna millisinin start matçında Rumıniyaya 0-3 hesablı məğlubiyyəti əksəriyyəti təəccübləndirib.

Sportline.az xəbər verir ki, matçın favoritinin böyük hesabla uduzması komandanın üzvlərini də üzüb.

Ukrayna seçməsinin aparıcı simalarından olan Aleksandr Zinçenko "Tribuna"ya məğlubiyyəti belə şərh edib: "Bilmirəm nə deyim. Azarkeşlərin gözünə baxmaqdan utanırıq. Onlar bizi dəstəkləmək üçün gəliblər. Qarşıdakı oyunda onları sevindirmək üçün əlimizdən gələni əsrigəməyəcəyik".

Qeyd edək ki, Ukrayna millisi iyunun 21-də Slovakiya seçməsi ilə qarşılaşacaq.