Zinəddin Zidan “Qızıl top” mükafatı barədə danışıb

Dünya futbolunun əfsanələrindən sayılan Zinəddin Zidan iddialı açıqlamaları ilə gündəmə gəlib.

Sportline.az “onefootball” nəşrinə istinadən xəbər verir ki, Zidan öz müsahibəsində bu fikirləri qeyd edib;

“Qızıl top”un heç bir dəyəri qalmayıb. Qazanan çox vaxt doğru futbolçu olmur. Mövsüm əvvəlindən baxarsaq Vinisius mükəmməl idi. Onun istedadının qarşılığı “Qızıl top” mükafatı olmalı idi. 2018-ci ildə Ronaldonun “Qızıl top”u qazanmamasından sonra bu mükafat öz etibarı itirdi”, - deyə Z.Zidan bildirib.

Qeyd edək ki, Zidan 1998-ci ildə “Qızıl top” mükafatının sahibi olub.