"Zirə"dən gedənlər müəyyənləşdi

"Zirə" transfer bazarında fəal klublardan biridir.

Sporline.az xəbər verir ki, Ağabala Ramazanovla Davit Volkovu rənglərinə bağlayan qəsəbə təmsilçisi 3 futbolçu ilə yolları ayıracaq.

Yunan müdafiəçi Anastasios Papazoqlu və haitili hücumçu Soni Nordenin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam veriləcək. "Qartallar" iki əcnəbi ilə yanaşı, Elvin Məmmədovla da yolları ayırmağa qərar verib.