"Zirə"nin qış planı

“Zirə" komandasının qış hazırlıq planı müəyyənləşib.

Sportline.az xəbər verir ki, Bakı klubu yanvarın 3-də Bakıda bir araya gələcək və ayın 10-a qədər hazırlığını paytaxtda davam etdirəcək.

Toplanışın ikinci mərhələsi isə yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində baş tutacaq.

Burada iki yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.