Ağır atletlərə BOK-dan xəbər

Ağır atletika 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarına daxil edilə bilər.

Sportline.az BOK-un mətbuat xidmətinə istinadla xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi ağır atletikanın olimpidanın proqramına salınmasını tövsiyə edib.

Qeyd edək ki, 2021-ci ildə keçirilən iclasda boks, ağır atletika və müasir pentatlon 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadanın proqramına daxil edilməyib. Həmin növləri yekun proqrama salmaq üçün beynəlxalq federasiyalar BOK-la problmlərini həll etməlidirlər.

Amerikadakı Yay Olimpiya Oyunları 2028-ci il iyulun 14-dən 30-dək davam edəcək.