Asiya ÇL: Bu gün ikinci finalçı müəyyənləşir

Bu gün Asiya Çempionlar Liqasında digər finalçının adına aydınlıq gələcək.

Sportline.az xəbər verir ki, Asiya ÇL-da yarımfinalın 2-ci oyununda “Yokohoma F.Marinors” 0-1 hesabı ilə uduzduğu matçın revanşında “Ulsan HD”ni qəbul edəcək.

Yaponiyada yerləşən “Nissan Stadium”da keçiriləcək matçın start fiti saat 14:00-da səslənəcək.

Qeyd edək ki, finala yüksələn ilk komanda “Əl Hilal”ı 2 oyunun nəticəsinə görə 5-4 hesabı ilə məğlub edən “Əl-Əin” olub.