Asiya ÇL-də finalın adı müəyyənləşib

Asiya Çempionlar Liqasında finalın adına aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, yarımfinalın ikinci oyununda “Yokohoma F.Marinors” 0-1 hesabı ilə məğlub olduğu görüşün revanşında “Ulsan HD” ilə üz üzə gəlib.

Matçın əsas vaxtı 3-2 hesabı ilə Yaponiya təmsilçisinin xeyrinə yekunlaşıb və ümimi hesabda bərabərlik qeydə alındığından komandalar əlavə hissələrə yollanıblar.

Burada da qalibin adına aydınlıq gəlmədiyindən penaltilər seyisanı ehtiyac duyulub.

11 metrlik zərbələrdə daha dəqiq oynayan “Yokohoma F.Marinors” futbolçuları 5-4 hesablı qələbə qazanaraq finala vəsiqə qazanıblar.

Qeyd edək ki, finalın ilk iştirakçısı “Əl Hilal”ı 2 oyunun nəticəsinə görə 5-4 hesabı ilə  məğlub edən “Əl Əin” olub.