Azərbaycan komandası Universiadaya hazırdır

Azərbaycan komandamız Çinin Çendu şəhərində keçiriləcək 31-ci Ümumdünya Yay Universiadasına hazırdır.

Sportline.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdir müavini, Azərbaycan nümayəndə heyətinin rəhbəri Nicat Həsənov bu günkeçirilən mətbuat konfransında deyib..

Komandanın bayraqdarları da artıq məlumdur. Nazirlik rəsmisi bildirib ki, bu vəzifəni kişilərdən atlet Nazim Babayev, qadınlardan isə cüdoçu Gültac Məmmədəliyeva icra edəcək.

O, 88 idmançının, ümumlikdə 134 nəfərlik heyətin Çinə yollanacaqlarını söyləyib. İyulun 24-də Çenduya yola düşəcək Azərbaycan komandası avqustun 9-da Vətənə qayıdacaq.

Qeyd edək ki, Universiada 28 iyul - 8 avqust tarixlərində keçiriləcək.