Baş məşqçi vəzifəsinə namizədlər açıqlandı

NBA-nın "Bruklin Nets" klubunun baş məşqçi postuna namizədlər bilinib.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Şems Çaraniya məlumat paylaşıb.

Onun sözlərinə görə, siyahıda "Miluoki Baks"ın sabiq çalışdırıcısı Mayk Budenxolser, "Sakramento Kinqs"in baş məşqçi köməkçisi Jordi Fernandes, və "Finiks Sanz"ın köməkçi məşqçisi Kevin Yanqdır. 

Onlardan ən iddialısı Budenxolser sayılır.

Xatırladaq ki, bu mütəxəssis 2021-ci ildə "Miluoki Baks"a NBA çempionluğunu qazandırmışdı.