Beyl İngiltərəyə qayıdır

Zədə səbəbilə uzun müddətdir "Real"a kömək edə bilməyən Qaret Beyl qış transfer pəncərəsində İngiltərəyə qayıdacaq. SportLine.az xəbər verir ki, bu barədə "Mirror" nəşri xəbər yayıb.

Məlumatda futbolçunun karyerasını yenidən "Tottenhem"də davam etdirəcəyi deyilir. Bununla yanaşı, "Çelsi" və "Mançester Yunayted" də uelsli hücumçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, Q.Beyl "Tottenhem"dən "Real"a keçib.