Futbolçunun urəyi dayandığı matç bugün qaldığı yerdən davam edəcək

İtaliya A Seriyasının 32-ci turunun “Udinese” – “Roma” oyunu qonaqların futbolçusu Evan Ndikanın ürəyinin tutmasından sonra yarıda qalmışdı.

Sportline.az xəbər verir ki, sözügedən oyun bugün saat 22:00-da qaldığı yerdən davam edəcək.

Aprelin 14-də keçirilən qarşılaşma 70-ci dəqiqədə hakim tərəfindən təxirə salınmışdı.

Qeyd edək ki, “Udinese” 32 turdan sonra yarış cədvəlinin 17-ci pilləsində qərarlaşır. 5-ci sıradakı “Roma”nın 55 xalı var.