Yamal PSJ-ə transferi ilə bağlı xəbərlərə aydınlıq gətirdi

"Barselona"nın yarımmüdafiəçisi Lamin Yamalın adı PSJ ilə hallanmaqdadır.

Sportline.az xəbər verir ki, istedadlı futbolçu bununla bağlı məsələyə aydınlıq gətirib.

O,  X sosial şəbəkəsindəki hesabında bu xəbərə gülüş işarəsi ilə reaksiya verib.

Qeyd edək ki, 16 yaşlı futbolçunun yay transfer pəncərəsində 200 milyon avro müqabilində PSJ-yə keçəçəyi bildirilirdi. 

"Barselona"nın yetirməsi olan Yamalın 2026-cı ilədək klubla müqaviləsi var.