Hakimi axmaq adlandıran futbolçu 5 oyunluq cəzalandırılıb

İspaniya La Liqa komandalarından “Almeriya”nın futbolçusu 5 oyunluq cəzalandırılıb.

Sportline.az xəbər verir ki, “Almeriya”nın hücumçusu Larji Ramazani hakimi təhqir etdiyinə görə ağır cəza alıb.

“Villareal”la matçın sonunda belçikalı futbolçu hakimi lənətə gəlmiş axmaq adlandırıb.

Buna görə İspaniya Futbol Federasiyası futbolçunu 5 oyunluq diskvalifikasiya edib və 2.4 min avro cərimə kəsib.

Beləliklə, Larji Ramazani 2023/2024 mövsümünün qalan bütün matçlarını buraxmalı olacaq.

Qeyd edək ki, sözügedən oyun “Villareal”ın 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.