Ceyk Pol, Mayk Taysona qarşı

Ceyk Pol Mayk Taysonla üz-üzə gələcək.

Sporline.az xəbər verir ki, Məhşur amerikalı bloqer və boksçu Jeyk Pol növbəti döyüşünü əfsanəvi boksçu Mayk Taysona qarşı keçirəcək.Bu barədə Ceyk Pol öz “X” sosial şəbəkəsində xəbər verib.

Mayk Tayson da döyüş üçün müqavilələrin artıq imzalandığını bildirib.Mayk Tayson sonuncu dəfə rinqə 2020-ci ilin noyabr ayı çıxıb.Onun rəqibi bu döyüşdə Roy Jons olub.Döyüş hər raundu 2 dəqiqə olmaqla 8 raund davam edib.Qarşılaşma bərabərliklə sona çatıb.Ceyk Pol isə sonuncu görüşünü  2024-ci ilin mart ayında  Rayan Burlanda qarşı keçirib.İlk raundda rəqibini nakaut edən Ceyk Pol görüşdən qalib ayrılıb.Polun karyerası ərzində 9 qələbə , 1 məğlubiyyəti var.

Qeyd edək ki, döyüş boks qaydalarına uyğun keçiriləcək və iyulun 20-də baş tutacaq.