"Çelsi" "Arsenal"ın təklifini rədd etdi

"Arsenal"ın David Luizi transfer etmək üçün cəhdi uğursuz alınıb. SportLine.az "Mirror"a istinadən xəbər verir ki, futbolçunun məxsus olduğu "Çelsi" "topçular"ın 18 milyon funt-sterlinq məbləğindəki təklifini rədd edib.

Məlumata görə, "zadəganlar" 31 yaşlı futbolçunun keçidindən, ən azı, 25 milyon funt-sterlinq qazanmaq niyyətindədirlər.

Qeyd edək ki, D.Luiz 2016-cı ildə PSJ-dən transfer edilib.