"Real Madrid" daha bir gənc futbolçu ilə razılıq əldə etdi

"Real Madrid" klubu daha bir gənc ulduzu heyətinə qatacaq.

Sportline.az xəbər verir ki, "Kral" klubu "Lill"in 2005 təvəllüdlü yarımmüdafiəçisi Leni Yoro ilə bağlı danışıqları yekunlaşıdırıb.

Tərəflər arasında razılıq əldə olunub və müqavilənin ən qısa müddətdə imzalanacağı bildirilib.

Qeyd edək ki, Leni Yoro bu mövsüm çıxdığı 41 oyunda 3 qolla yadda qalıb.