Çılğın fanatlar baş məşqçini döyüblər

Polşa futbolunda xoşagəlməz hadisə yaşanıb.

Sportline.az xəbər verir ki, “Zaqlembe”nin belaruslu çalışdırıcısı Aleksandr Xatskeviç klubun azarkeşləri tərəfindən döyülüb.

Bu barədə yerli Meczyki.pl saytı məlumat yayıb.

Qeyd edək ki, Polşa çempionatının son turunda “Zaqlembe” - “Katovitse”yə 0-4 hesabı ilə məğlub olub. Görüşdən sonra Xatskeviçin vəzifəsindən azad olunacağı bilinib.

Aprelin 3-də bir qrup azarkeş klubun məşq bazasında Xatskeviçə hücum edib.

Fanatlar onun üzünə yumruq vurduqdan sonra bir neçə dəfə ayaqla da zərbə endiriblər.

Klub bu məlumatı təstiq etsə də, rəsmi açıqlama verməyib.

Xatskeviç 2024-cü ilin yanvar ayından komandada çalışır. ”Zaqlembe” Ekstraklasanın 25 turundan sonra 13 xalla sonuncu (18) pillədə qərarlaşır.