Dünyanın ən dəyərli klublarının siyahısı açıqlanıb

Dünyanın ən dəyərli 100 klubunun adı açıqlanıb.

Sportline.az Transfermartk portalına istinadla xəbər verir ki, siyahıya 1.27 milyard avro dəyəri ilə “Mançester Siti” başçılıq edir.

İkinci pillədə “şəhərlilər”in Premyer Liqadakı birbaşa rəqibi “Arsenal” qərarlaşıb. ”Topçular”ın ümumi dəyəri 1.12 milyard avro olaraq qiymətləndirilib. İlk üçlüyü 1.04 milyard avro ilə “Real Madrid” qapıyır.

"İlk 10-luq" belədir:

1.”Mançester Siti” (1.27 milyard avro)
2.”Arsenal” (1.12 milyard avro)
3.”Real Madrid” (1.04 milyard avro)
4.”PSJ” (1.02 milyard avro)
5.”Bavariya” (929 milyon avro)
6.”Çelsi” (928 milyon avro)
7.”Liverpul” (921 milyon avro)
8.”Barselona” (841 milyon avro)
9.”Tottenhem” (777 milyon avro)
10.”Mançester Yunayted” (734 milyon avro).