Əfsanəvi futbolçu xəstəxanaya yerləşdirildi

Argentina futbolunun əfsanəsi Karlos Teves xəstəxanaya yerləşdirilib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, “İndependiente” klubunun baş məşqçisi döş qəfəsindəki ağrılar səbəbindən xəstəxanaya yerləşdirilib.

Klubdan verilən açıqlamada Tevezin bir müddət müalicə prosesi keçəcəyi bildirilib.

Xatırladaq ki, karyerası ərzində 76 dəfə Argentina milli komandasının formasını geyinən Teves Avropada “Mançester Yunayted”, “Mançester Siti”, “Vest Hem” və “Yuventus” kimi klubların şərəfini qoruyub.