İngiltərədə yeni mövsüm: "Mançester Yunayted" qələbə ilə başladı

İngiltərə Premyer Liqasında 2018/2019-cu il mövsümü start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. 

"Mançester Yunayted" doğma meydanda "Lester"dən güclü olub - 2:1.

"Qırmızı şeytanlar"ın heyətində Pol Poqba və Lük Şou fərqlənib. "Tülkülər"in gücü isə Ceymi Vardinin təsəlli qoluna çatıb.