İsgəndər Əsgərov yeni təyinat alıb

Beynəlxalq dərəcəli deleqat İsgəndər Əsgərov yeni təyinat alıb.

Sportline.az xəbər verir ki, Azərbaycan Həndbol Federasiyasının İdman Şöbəsinin müdiri kişi həndbolçuların EHF Avropa kuboku turnirinin “Beşiktaş” – “Sesvete” matçında Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, yarışın 3-cü mərhələsinin cavab oyunu dekabrın 3-də İstanbulda keçiriləcək.