Kriştiano Ronaldunun yatdığı çarpayı satışa çıxarılır

Kriştiano Ronaldu daha bir maraqlı mövzü ilə gündəmə gəlib.

Sportline.az GOAL.com-a istinadla xəbər verir ki, Sloveniya millisi ötən həftə Portuqaliyanı 2-0 hesabı ilə məğlub edib.

Portuqaliya millisi Lyublyanada “Grand Plaza Hotel”də məskunlaşmışdı.

Ronaldonun bu oteldə yatdığı çarpayı isə yüksək məbləğə satışa çıxarılacaq.

Xəbərdə bildirilir ki, çarpayının başlanğıc qiyməti 5000 avro olacaq.