"Marsel" portuqaliyalı məşqçiyə elçi düşüb

"Marsel" yeni baş məşqçi axtarışındadır.

Sportline.az xəbər verir ki, Fransa təmsilçisi "Lill"in çalışdırıcısı Paulu Fonsekanın xidmətində maraqlıdır.

Bu haqda "Footmercato" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, portuqaliyalı mütəxəssis yeganə namizəd deyil.

Qeyd edək ki, Fonseka "Lill"dən əvvəl "Portu" "Şaxtyor" və "Roma"dakı fəaliyyəti ilə tanınır. 

O, 2022-ci ildən "Lill"in uğurları üçün çalışır.