Messi uğursuz seriyanı qıra biləcəkmi?

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Fevral ayında start götürəcək mərhələnin ən maraqlı duellərindən biri "Barselona" və "Çelsi"nin iştirakı ilə keçiriləcək. Bu oyun, həm də Lionel Messinin uğursuz seriyadan yaxa qurtarması üçün gözəl fürsət olacaq.

SportLine.az xəbər verir ki, indiyədək 8 dəfə London təmsilçisi ilə üz-üzə gələn argentinalı ulduz, heç bir matçda rəqib qapısına yol tapa bilməyib. Ümumilikdə, 29 dəfə "zadəganlar"ın çərçivəsinə zərbə endirən Leo, toru silkələməkdə çətinlik çəkib.

Messinin iştirakı ilə ilk duel 2006-cı ilə təsadüf edib. Həmin vaxt ümumi nəticədə 3:2 hesablı qələbə qazanan kataloniyalılar 1/4 finala adlayıblar.

Növbəti mövsüm qrup mərhələsində qarşılaşan komandalardan, bu dəfə "Çelsi"nin üzü gülüb. Doğma meydanda minimal hesablı qələbəyə sevinən ingilis klubu, "Kamp Nou"da 1 xal qazanıb - 2:2.

2009-cu ildə bu dəfə yarışın yarımfinal mərhələsində qarşılaşan komandaların dueli gərgin anlarla yadda qalıb. İspaniyada qapısını toxunulmaz saxlayan "Barsa", "Stemford Bric"də vurduğu qolun hesabına finala yüksəlib.

"Çelsi" bu məğlubiyyətin əvəzini 2011/2012-ci il mövsümündə çıxıb. Həmin vaxt "zadəganlar" iki oyunun nəticəsinə əsasən finala adlayıb.

Ümumilikdə, L.Messinin iştirakı ilə 8 görüş keçirilib: